Lənkəranda yol qəzasında 2 nəfər xəsarət aldı

11 Oktyabr 2017 17:32

Lənkəranda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Şürük kəndi ərazisində qeydə alınıb. Həmin ərazidə yol tikinti şirkətində  çalışan işçilərə məxsus “Mitsubishi” markalı avtomobil idarəetmənin itməsi nəticəsində aşıb. Xəsarət alanların Kürdəmir rayon sakini 27 yaşlı Feyruz Məlikov və Astaranın Artuba kənd sakini, 35 yaşlı Elmin Məmmədov olduğu bildirilir. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlər xəsarət alanların vəziyyətini orta-ağır kimi qiymətləndirirlər. Faktla bağlı araşdırma aparılır.