Salyan sakini təsərrüfatında ilk dəfə yapon balıqları saxlayır

12 Oktyabr 2017 17:42

Akvariumda, hovuzlarda gördüyümüz bərli-bəzəkli yapon balıqlarının ilk dəfə olaraq Azərbaycanda, özü də Salyanda süni göllərdə yetişdirilməsinə başlanılıb.

 

Təsərrüfat sahibi Hüseyn Əliyev: “Bu balığı internetdə görmüşəm. Məndə buna maraq yaranıb. Bunu tanışlarım vasitəsi ilə dubaydan gətizdirmişik. Burada saxlayırıq. Süni göldə.”

 

Yaponiyadan Dubaya göndərilən və öz rəngarəngliyi ilə digərlərindən seçilən “Koi Karp” balıqları respublikamızda Gəncədə hovuzlarda saxlanılsa da bunun yetişdirilməsi ilə indiyədək məşğul olan olmayıb. Amma Salyanın Boranıkənd kəndində yaşayan, 27 yaşlı Hüseyn Əliyev ilk dəfə olaraq Azərbaycanda Koikarp balıqlarının yetişdirilməsinə nail olaraq 3 ay bundan əvvəl 800 ədəd belə balığı 1 hektara yaxın süni gölə buraxıb. Süni göldə yetişdirilən balıqlara gündə 2 dəfə səhər-axşam saatlarında yerli sazan, elnialın, ağ amur balıqlarına verilən arpa, buğda və digər yemlərin qarışığı verilir.

 

Təsərrüfat sahibi Hüseyn Əliyev: “Biz almışıq bunu 100 qramlıq. Böyüdüb etmişik 300 qramdan 600 qrama kimi indi vaxt azdığı olduğuna görə bunu böyüdüb 10 kiloqramda etmək olar.”

 

Yerli balıqlardan fərqli olaraq “Koi Karp” balıqlarının özəl xüsusiyyətləri də var.

 

Təsərrüfat sahibi Hüseyn Əliyev: “İnsana mehribandır bu balıq. Xüsusi dadı var. Həmdəki yaraşığı bunun qeyri-adi olmağı maraqlı bir şeydir.”

 

Hazırda 300-600 qram çəkisi olana balıqlar bir aydan sonra ilk dəfə internet vasitəsi ilə satışa çıxarılacaq. Qiymətlər isə yerli balıqlardan bir qədər fərqli olacaq. Təsərrüfat sahibi deyir ki, əgər yaxşı gəlir edə bilsələr gələcəkdə sahələri genişləndirməklə belə balıqların yetişdirilməsinə üstünlük verəcəklər.