“Ölkəmizi tanıyaq” layihəsinin iştirakçıları Lənkərandadır

13 Noyabr 2017 18:20

         Məktəblilərin “Ölkəmizi tanıyaq” devizi ilə müxtəlif bölgələrlə tanışlığı üçün təşkil olunmuş 8-ci maarifləndirici tur-aksiya davam edir. Bu dəfə Gəncə şəhərinin, paytaxtın Yasamal və Nəsimi, eləcə də Gədəbəy, Samux, Daşkəsən, Şəmkir, Ağstafa və Qazax rayonlarının IX-XI sinif şagirdləri və onların müəllimləri Cənub bölgəsinə gəliblər.

 

Aksiya iştirakçılarının ilk mərkəzi dayanacağı Lənkəran şəhəri olub. Rayona səfər edən şagirdlərə rayonun tarixi, mədəniyyəti və təbiəti haqqında geniş məlumat verilib. Daha sonra tur-aksiya iştirakçıları Lənkəran şəhərindəki Qoşa qala qapıları, Dairəvi qala, “Mayak” binası, Bayraq Meydanı və Tarix-Diyarşünaslıq muzeyi ilə tanışı olublar. Bu tanışlıq şagirdlərdə xoş təəsüratlar yaradıb.

 

Tur-aksiya iştirakçısı Nuriyə Cəfərova: Lənkərana ilk dəfədir ki, gəlirəm. Buraları gördüyümə görə çox sevinirəm. Biz bu gün çay plantasiyasında və Hirkan Milli Parkının qoruğunda olduq.”


Tur-aksiya iştirakçısı Ayla Məlikova: “Çox sevinirəm buraları gördüm. Heç vaxt görmədiyim yerlər idi, diyar idi.”


Tur-aksiya iştirakçısı Hikmət Fərəcov: “Tarix fənnindən keçdiyimiz bəzi mövzuları daha əyani şəkildə gördük. Bu layihənin həyata keçirilməsində ölkə rəhbərinə cənab president İlham Əliyevə öz minnətdarlığımızı bildiririk.”

 

Tur-aksiyanın iştirakçıları iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsini ziyarət edib, qəhrəmanın Lənkəran şəhərindəki ev-muzeyində nümayiş etdirilən eksponatlarla tanış olublar.

 

Tur-aksiya iştirakçısı Murad Piriyev: “Cənub bölgəsinə səfərimiz zamanı Hirkan Milli Parkında olduq. Daha sonra mandarin bağına getdik, Həzi Aslanovun heykəlin ziyarət etdik.”

 

Leyla Əsədova: “Başqa vasitələrlə Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi haqqında məlumat əldə edirdiksə, bu gün biz onu əyani şəkildə gördük. Xatirələrimizdə və yaddaşlarımızda daha gözəl qalır. ”

 

          Şagirdlər Cənub bölgəsinə səfəri çərçivəsində Astara və Masallının tarixi abidələri, sosial-iqtisadi həyatı və səfalı məkanları ilə də tanış olacaqlar.