Lənkəranda 3 bal gücündə zəlzələ olub

13 Noyabr 2017 18:24

İran-İraq sərhəddində baş vermiş zəlzələ ölkəmizin cənubunda Lənkəran və Astara rayonlarında da hiss edilib. Titrəyişlər 3 bal gücündə olub.

 

Lənkəranda ötən gün axşam saatlarında qeydə alınan zəlzələ zamanı titrəyişlər bir neçə saniyə davam edib. Tələfat və dağıntı olmasa da təkanlar yerli sakinlər tərəfindən hiss edilib. Bəzi sakinlər isə zəlzələnin yenidən ola biləcəyindən ehtiyyatlanıb bir saata yaxın açıq havada gözləyiblər.

 

Zəlzələ Lənkərandan başqa Naxçıvanda, Lerik və Yardımlı rayonlarında da hiss edilib. Lənkəran Seysmoloji Stansiyasından arb-yə verilən məlumata görə zəlzələ 3 bala qədər olub.

 

        Ötən gün axşam saatlarında İran-İraq sərhədində zəlzələ baş verib. Burada titrəyişlər 7.5 bal gücündə olub. Qeydə alınan zəlzələ zamanı 300-dən artıq insan həyatını itirib. Faciə ilə əlaqədar 3 günlük matəm elan olunub.