Lənkərana qatı duman düşüb

14 Noyabr 2017 18:12

Lənkəranda qatı duman müşahidə olunub. Gecə saatlarından başlayaraq ətrafı bürüyən duman, Ələt-Astara magistral yolunda və Lənkəran şəhərinin mərkəzi küçələrində avtomobillərin hərəkətində çətinliklər yaradıb. Görmə məsafəsi xeyli məhdudlaşdığından sürücülər avtomobillərini baş verə biləcək qəzalaradan yayındırmaq üçün asta sürətlə və maksimum ehtiyyatla idarə ediblər. Duman rayonda səhər saatlarında da müşahidə edilib.