Bölgələrdə Müalicə Diaqnostika Mərkəzlərinin fəaliyyəti paytaxta və qonşu ölkələrə axını azaldlb

14 Noyabr 2017 18:13

Əhalinin müayinə və müalicə məqsədilə Bakıya və digər ölkələrə axını azalıb. Bölgələrdə hər cür müasir avadanlıqlarla təchiz edilmiş müalicə diaqnostika mərkəzləri paytaxta üz tutanların qarşısını alsa da, bəzi sahələr üzrə mütəxəssislərə ehtiyac var .

 

Sakin Ağaverdi Nəsirov: “Burada yaşayırıq burada da müalicə olunuruq. Effekti əladır. Mən hər il 1 dəfə gəlirəm özümü müayinə etdirirəm.”

 

Sakin Bəhruz Cavadov: “Cəlilabad rayonundan gəlmişəm. Yoldaşımı USM-ə, kardioloqa gətirmişəm. Razıyıq. 2-3 aydan bir gəlirik.”

 

Sakin Rüheymə İsmayılova : “Masallıdan uroloqun yanına gəlmişəm. Əvvəllər də gəlmişik xeyrin görmüşük indi də gəlmişik.”

 

11 ildir fəaliyyət göstərən Lənkəran Müalicə Diaqnostika Mərkəzinin xidmətlərindən bu günədək ətraf rayonlar da daxil olmaqla 100 minlərlə insan yararlanıb. Şua-diaqnostika, hemodializ, cərrahiyyə, konsultativ diaqnostik poliklinika və reanimasiya şöbələrindən ibarət olan bu müasir səhiyyə müəssisəsi həm tibb personalı, həm də Avropa ölkələrində istehsal edilən avadanlıqlarla əhaliyə xidmət göstərir.

Lənkəran Müalicə Diaqnostika Mərkəzinin Baş həkimin müavini Ağaəli Əliyev: “Diaqnostik Mərkəz açılandan sonra bölgə əhalisi demək olar ki, əsasən Diaqnostik Mərkəzə müraciət edir. Burada bütün tibbi müayinə metodları , əməliyyatların hamısı tətbiq olunduğuna görə Bakı şəhərinə axın da əvvəlki illərə nisbətə azalıb.”

 

Avropa ölkələrində və Türkiyədə təhsil almış daha peşəkar kadrların diaqnostika mərkəzlərinə gətirilməsi isə müalicə üçün xarici ölkələrə gedənlərin sayını azaldıb. 

 

Sakin Ağaverdi Nəsirov: “Başqa ölkəyə getməyə ehtiyac yoxdur. Bizim öz savadlı həkimlərimiz var.”

 

Sakin Bəhruz Cavadov: ““Bura bəs edir bizə. Yaxşı həkimlərimiz var.””

 

Sakin Rüheymə İsmayılova : “Burada yaxşı savaadlı həkimləri qoyaq İrana gedək?”

 

Sakin Nəzakət Nəzərli: “Əvvəllər müalicə üçün İran İslam Respublikasına getməyə məcbur olurduq. Rayonumuzda açılmış Müalicə Diaqnostika Mərkəzi bizi nəinki paytaxta, kənar ölkələrə müayinə və müalicəyə getməyə ehtiyac yoxdur.”

 

Qarın boşluğu, mədə-bağırsaq, uroloji, ginekoloji, hətta sinir sistemi əməliyyatları da bölgələrdəki diaqnostika mərkəzlərində həyata keçirilir. 

 

Lənkəran Müalicə Diaqnostika Mərkəzinin Baş həkimin müavini Ağaəli Əliyev: “Artıq bizdə bir neçə ildir ki, uroloji sistemdə endoskopik əməliyyatların aparılması tətbiq olunur, və xəstələrin bu əməliyatlardan ötrü də Bakıya getməsinə demək olar ki, ehtiyac yoxdur.”

 

Cəlilabad Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Eldar Abıyev: “Mərkəzdə Heydər Əliyev Fondunun dəstəyi və mərkəzi Neftçilər Xəstəxanasının həkimlərinin iştirakı ilə 11 xəstədə açıq ürək əməliyyatı aparılmış, 3 xəstədə isə böyrəkköçürmə əməliyyaltı həyata keçirilmişdir. Həmçinin əhalinin şəhərə axının qarşısını müəyyən qədər almışıq.”

 

Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı rayonlarının 500 mindən çox əhalisinə xidmət göstərən Cəlilabad Müalicə Diaqnostika Mərkəzində öd kisəsinin endoskopik əməliyyatı da həyata keçirilir.