Səhiyyə naziri Oqtay Şirəliyev Biləsuvarda 16 vətəndaşla görüşdü

24 Noyabr 2017 16:49

Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşlarla görüşlərini davam etdirir. Növbəti belə görüş bu gün Səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında keçirilib. Nazir Biləsuvar, Cəlilabad, Salyan, Neftçala rayonlarından 16 nəfər vətəndaşla görüşərək onların sağlamlıq problemləri, işlə təminat və digər məsələlərlə bağlı müraciətlərini dinləyib. Vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılaraq, onların bəziləri yerindəcə həllini tapıb. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.