Biləsuvarda pambıq sahələrinin 2000 hektara çatdırılması planşlaşdırılır

07 Dekabr 2017 17:00

Biləsuvar rayon Aqroservis filialına bu il güzəştli şərtlərlə 20 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası verilib. Bununla da filialda texnika sayı 145-ə çatdırılıb. Filialdan ARB-yə verilən məlumata görə yaradılan bu imkanlar hesabına rayonda digər sahələrlə yanaşı pambıq sahələri də artırılaraq 2000 hektara çatdırılacaq.

 

Biləsuvar rayonunda əkilən 11890 hektar pambıq sahəsinin 980 hektarı “Aqrolizinq” ASC-nin Biləsuvar rayon Aqroservis filialının payına düşür. 117 mülkiyyətçi ilə müqavilə bağlayan filial yaradılan imkanlar hesabına bu il əkin sahəsini 1018 hektar artırıb. Hazırda 2018-ci il üçün mülkiyyətçilərlə yeni müqavilələr bağlanılır.

 

Biləsuvar Aqroservis Filialının müdiri İman Mehrəliyev: “3 pambıqyığan maşınla bu günki günə qədər demək olar ki, mən 815 hektar yer yığmışam. Biləsuvar Kənd Təsərrüfatı MMC-nin pambıq məntəqəsində toplanan pambıqlar 80 faizə qədər birinci sort gedəcək. Çünki, birinci sort pambıqyığan maşınlarla yığılan pambıqlar yüksək faiz dərəcəsiylə lif çıxımı olur.”

 

Filial rəhbəri bildirir ki, yığımın dekabrın sonuna qədər yekunlaşdırılması planlaşdırılır. Bundan başqa yeni bağlanmış müqavilələr üzrə artıq sahələrin şumlanması prosesinə başlanılıb. Bunun üçün lizinq yolu ilə yeni 6 ədəd şum traktoru, üç ədəd kombayn, 11 ədəd becərmə traktoru alınıb. Həmçinin filial yüksək məhsuldarlığa nail olmaq məqsədi ilə istifadə edilən gübrələrin mülkiyyətçilərə güzəştli şərtlərlə verilməsini həyata keçirir.

 

Biləsuvar Aqroservis Filialının müdiri İman Mehrəliyev: “Bu xidmətin sayəsində də 980 hektar sahədən bu günki günə qədər 1961 ton məhsul əldə etmişik - fiziki çəkidə. 20 sentnerə yaxın məhsul deməkdir bu.”

 

Filial tərəfindən mülkiyyətçilərə rayon üzrə 3662 ton azot gübrəsi, 685 ton amofoz, zərərverici otlara qarşı istifadə edilməsi üçün isə 2043 litr kimyəvi dərman verilib.