Lənkəranın torpaq bazarında qiymətlər aşağıdır.

11 2018 17:44

 Lənkəranın torpaq bazarında durğunluq yaşanır. Qiymətlər aşağı düşsə də, bu, alıcılığa o qədər də təsir etməyib. Əsas tələbat şəhər mərkəzində olan, eləcə də yola yaxın və infrastruktur qurulan ərazilərədir.

 

Rieltor Azər Təbibzadə:“Satan çoxdur, alış bir az zəifləyib, qabaqkı kimi deyil.Əksəriyyət şəhərin mərkəzinə doğru çox maraqlanırlar torpaqla bağlı. Amma  şəhərdə bir az torpaq qıtlığı var”

         Şəhərdə əksər insanlar satışa öz həyətyanı sahələrindən bir neçə sotunu çıxarırlar. Bunlar daha çox obyekt tikintisi aparmaq məqsədilə alınır. Qiymətlər neçə illərdir stabil olsa da,  kifayət qədər bahadır. Məsələn 2-3 sot torpaq almaq istəyənlər 20-30 min manat xərcləməlidir. Şəhərə nisbətən yaxın ərazilərdə isə bir qədər enmə var. Bu zaman qiymətlər yola yaxın və digər üstün cəhətlərinə görə müəyyən edilir.

Rieltor Elmar Qasimov: “Sütəmurdov ərazisində var 2 minədir sotu. 3 minə var,yol qırağında var 4 minə, 5 minə. Əvvəllər 3 min idi 2 minə olan torpaqlar. 5 minlik torpaqlar isə  7 min idi.Alanların az olması qiymətləri endırıb aşağı.”

 Torpaq satan  Səmail Ağazadə:“6 sot torpağım var idi kənddə. 10 minə qoymuşdum 2 il qabaq. Maraqlanan yoxdu. 8 minə də saldım. Görürsən ki,soruşan olmur.”

      Rieltorlar deyir ki, şəhərə uzaq ərazilərdə tikintinin az aparılması torpaqlara tələbatı azaltmaqla qiymətlərin ucuzlaşmasına gətirib çıxarıb. Kəndin daxili məhəllələrində əvvəllər 1500-ə, 2 minə olan torpaqlar indi 700-800 manata təklif olunur.  

 Rieltor  Azər Təbibzadə: “Orada da lap görürsən ki, yola yaxın, infrastrukturu olan yerlərdə,qaz , işıq, su olan yerlərdə daha maraq çoxdur. Kənar kəndin içində kənar məhəllələrdə qabaq 4 sotun 5-6 minə satırdılarsa, hazırda 4 minə-3 minə də təklif olunur.”

   Pay torpaqlarına gəlincə çayçılıq və çəltikçilik üçün əlverişli olan ərazilərin satışında bir qədər canlanma yaranıb. 

Rieltor Azər Təbibzadə: “Vergiyə düşdüyünə görə əkilməyən torpaqlar  kimin imkanı çatmır əkinlə məşğul olmağa məcbur olurlar öz pay torpaqlarını satırlar.Pay torpaqları ilə əsasən fermer təsərrüfatları  maraqlanırlar çayçılıq, çəltikçiliklə bağlı”

   Pay torpaqlarının sotu isə 100-120 manat civarındadır. Amma maraq göstərilməyən yerlərdə qiymətlər bir qədər aşağı, sotu 50-60 manata satılır