Masallıda 17 yaşlı qız çətin gimnastik hərəkətləri asanlıqla edir

12 2018 18:00

 Masallıda 17 yaşlı qız qeyri-adi istedada malikdir. O, çətin gimnastik hərəkətləri asanlıqla yerinə yetirir.Rayonun Həsənli kəndində yaşayan Günay Nuriyeva uşaq vaxtlarından etdiyi gimnastik hərəkətləri özü öyrənib.Valideyinləri deyir ki, o, 5 yaşına kimi sümüklərində olan boşluqlar səbəbindən hərəkət edə bilməyib.Nitq qüsurları olan qəhrəmanımız 5 yaşından sonra bu bacarığını nümayiş etdirməyə başlayıb. Əvvəlcə ev şəraitində məşğul olan Günay Nuriyeva sonradan paytaxt Bakıda bədii-gimnastika ilə məşğul olur. Hazırda ev şəraitində fərdi şəkildə məşq edən Günay gimnastika ilə daha peşəkar məşğul olmaq arzusundadır. Əlverişli şəraitdə məşq edərsə daha böyük uğurlar qazana biləcəyini deyir. Onun valideyinləri də Günayın idmana olan həvəsini nəzərə alıb, müəllimlərindən ona sahib çıxmasını istəyir.

Gimnast Günay Nuriyeva:“ Bakıda çıxış etmişəm, Gəncədə çıxış etmişəm. Nəticələrim birinci, ikinci, üçüncü yerlər olub. İndi evdə məşq edirəm. Burada şərait yoxdur mən idmana gedim.”

Anası Səmayə Nuriyeva: “ Onun xəstəlikdən sağalmasına səbəb idmanla məşğul olmağı olub. Masallıda olsa da mənim heç cür imkanım yoxdur ki, onu idmana qoyum. Sadəcə dəstək lazımdır”