Neftçalada 4 min hektardan artıq pambıq sahələri şumlanılıb

12 2018 18:01

Neftçalada pambıq sahələrində bu il bol məhsulun təməlini qoymaq üçün şum qaldırılır. Ötən ilin axırlarından bu günə kimi 4 min hektardan artıq sahədə  əkin üçün şumlama işləri başa çatdırılıb

       Ötən il rayonda 9 min tondan çox pambıq istehsal olunub ki, bunun da 7810 tonu MKT Neftçala filialının payına düşür. Bu il rayonda fəaliyyət göstərən Pambıq Zavodu ilə müqavilə bağlayanların sayı artıb. Bu günə kimi 560 mülkiyyətçi  müqavilə üçün müraciət edib. Torpaq mülkiyyətçiləri əlverişli keçən hava şəraitindən yararlanaraq sahələrin şumlanmasını tez və qısa müddətdə başa çatdırmağa çalışırlar. Bunun üçün zavod tərəfindən hər cür köməklik göstərilir

Baş aqronom Namiq Bağırov:“ Bu il 2300 hektardan yuxarı sahədə pambıq əkəcəyik.Növbəti  ilin yüksək məhsuldarlığı şum dövründən başlayır .Lazım olan yerlərdə də qış aratına başlamışıq.Əkin dövrünə az qalmış yaz aratı edəcəyik”

     Şum zamanı texnika sarıdan heç bir çətinlik mövcud deyil. Qısa müddətdə zavodla müqavilə bağlayan torpaq mülkiyyətçiləri 1800 hektar pambıq sahəsində şum işini yekunlaşdırıblar. Bununla paralel olaraq zavodda yığılan məhsuldan  mahlıc da istehsal olunur

Baş aqronom Namiq Bağırov:“ Hazırda emal işləri  gedir , mahlıc istehsal olunur.Yüksək keyfiyyətli pambıq sahələrdən yığdığımıza görə,pambıqdan yüksək mahlıc çıxımı alırıq.”

     Bu il rayon üzrə 10 min hektarda pambıq əkini nəzərdə tutulub. Əkilən hər hektardan isə orta hesabla 25 sentner məhsul götürülməsi proqnozlaşdırılır

 

Elnur Ələkbərov,Vüqar Məlikov,Neftçala