Cənub bölgəsində ana və uşaq ölümü azalıb

12 2018 18:03

Son illər ölkəmizdə doğum zamanı qeydə alınan ölüm hallarının sayı azalıb. Buna regionlarda müasir tibb ocaqlarının inşaası, mövcud səhiyyə müəssisələrinin əsaslı bərpası və savadlı həkimlərin əhaliyə göstərdiyi yüksək tibbi xidmət sayəsində nail olunub. Amma bəzi hallarda doğuş zamanı ölüm halları qaçılmaz olur. Mütəxəssislər isə bir çox hallarda bunun səbəbini ucqar kəndlərimizdə hamilə qadınların vaxtında müayinəyə gətirilməməsində görürlər.

 

Lənkəran RMX-nın baş həkim müavini Əbülfət Məmmədov: “Uşaq ölümü ümumiyyətlə Səhiyyə nazirinin və Dövlətin xüsusi nəzarətindədir.Bildiyiniz kimi Lənkəranda bununla  bağlı Regional Perinatal Mərkəz də  tikildi.Neonatologiya şöbəsində  çalışan mütəxəssislər isə  vaxtaşırı Səhiyyə nazirliyinin xətti ilə istər Respublikada istərsə  də dövlətlərarası treninqlərdə  iştirak edirlər”

       Bu treninqə qatılan həkimlər Perinatal Mərkəzlərdə xəstələrin müayinəsində yaxından iştirak edərək baş verə biləcək təhlükəli hadisələrin qabağını almış olurlar. Elə bunun nəticəsidir ki, son iki ildə Lənkəranda ana ölümü qeydə alınmayıb.   

Lənkəran RMX-nın baş həkim müavini Əbülfət Məmmədov: “2016-cı  ildə bizdə 06 gün ölən uşaqların sayı 21 nəfər , 07 gün ölən uşaqların sayı 4 nəfər, 1 yaşa qədər ölən uşaqların sayı 5 nəfər olduğu halda,2017-ci  ilin yekununda bizdə 06 gün ölən uşaqların sayı  13 nəfər  , 7 gündən yuxarı  ölənlərin  sayı 2 nəfər və 1 yaşa qədər ölən uşaqların sayı isə 2 nəfərə düşmüşdür  ”

       Bir çox kəndlərdə isə hamilə qadınlar vaxtaşırı müayinələrə maraq göstərmirlər. Təəssüf ki, hamilə qadınlar yalnız ilkin doğuş zamanı riskli hallarla qarşılaşandan sonra nəticə çıxarırlar. Bu faktlar daha çox özünü ucqar kəndlərdə göstərir.

Masallı RMX-nın Doğum şöbəsinin müdiri Xalidə Sadıqova: “Elə ucqar kəndlərimiz var ki, bunu gətirmək 7 dəfə yox 2 dəfə mümkün olur, və yaxud da heç mümkün olmur.Və həmin hamilələr doğuşa gələndə müəyyən fəsadlarla biz rastlaşırıq.İstər döl,istərsə də ana tərəfindən”

          Ötən il Masallıda 1175 doğum faktı qeydə alınıb. Doğulan uşaqların 992-si qız,12-si isə əkizlərdir. İlin ilk ongünlüyündə Masallıda dünyaya gələn 53 uşaqdan 32-si qız olub. Lənkəranda isə 2018-ci ilin ilk ongünlüyündə 70 doğuşdan 35 qız, 35 oğlan uşağı dünyaya gəlib.

Aytən Sakitqızı, Elşən Feyzullayev, Zahid Aydınoğlu, Elviz Nəsirli, Masallı-Lənkəran