Cəlilabadlı üzümçülər bu il məhsuldarlığın aşağı olacağından narahatdır

26 2018 17:00

     Cəlilabadın üzüm bağlarında məhsuldarlığı artırmaq məqsədilə işlərə başlanılıb. Təsərrüfat sahibləri ötən ilki nəticəni gözləməsələr də, tənəklər xəstəlik və zərərvericilərə qarşı dərmanlanır, cərgələr şumlanır, tinglərin dibləri bellənir və quru budama aparılır. 

        Təsərrüfat sahibi İmran Babayev:“ Quru budama,suvarılan ərazilərdə arat suyunun verilməsi, xəstəlik və zərərvericilərə qarşı tənəklərin kimyəvi dərmanlanması əməliyyatları, artıq zoğların sahələrdən uzaqlaşdırılması , üzümün qalın və qopmuş qabıqlarının təmizlənməsi”

     Bağlarda cərgəarası şumlama, bitkiarası belləmə işləri yekunlaşıb. Artıq quru budama aparılır. Növbəti mərhələdə isə tinglərin dərmanlanması və qış suyunun verilməsinə başlanılacaq.

        Təsərrüfat sahibi Həsən Məmmədov:“ Quru budama da əsasən manqalara bölünür. Bar manqaları, biri zapas, biri bar qolu sayılır. Bu da üzümçülükdə gələcəyin bünövrəsi deməkdir.”

        Ötən il üzüm bağlarından yüksək məhsul əldə edən bağbanlar bu nəticənin təkrarlanacağına ümid etmir.

       Təsərrüfat sahibi İmran Babayev:“ Mən açıq deyim ki,iqlim şəraiti kənd təsərrüfatı üçün əlverişli deyil. Qışın artıq yarısı başa çatmasına baxmayaraq hələ də qar yağmayıb.Çox gözəl olardı ki,bağlarda qar örtüyü olsun.Belə davam edərsə bu üzümçülükdə məhsuldarlığa mənfi təsir göstərəcək.”

       Hazırda Cənub bölgəsində quraq hava şəraiti hökm sürür. Belə havalar torpaq qatının su ehtiyyatının çəkilməsi ilə yanaşı zərərvericilərin fəaliyyətini də aktivləşdirir.

 

      Aytən Sakitqızı, Elşən Feyzullayev, Zahid Aydınoğlu, Cəlilabad.