Lerik və Yardımlı rayonlarına qar yağıb

27 2018 16:31

Bir neçə gündür ki, cənub bölgəsində qeyri-sabit  hava şəraiti davam edir. Fasiləsiz olaraq yağan yağış bəzi yerlərdə qara çevrilib. Masallı, Lənkəran, Astarada yağışlı hava hökm sürsə də, artıq Yardımlı və Lerik rayonlarına qar yağıb. Lerik rayonunun mərkəzində qarın qalınlığı 30 sm-ə, dağlıq ərazilərdə isə 40-50 sm-ə çatır. Hazırda Lənkəran-Lerik yolunda avtomobillərin hərəkətində heç bir çətinlik yaşanmır. Yardımlı rayonunun da ucqar dağlıq ərazilərində

qarlı hava şəraiti davam edir. Ümumilikdə isə bölgədə havanın temperaturu mənfi 3 dərəcəyə düşüb. Dağlıq ərazilərdə bəzi yerlərdə 5, bəzi yerlərdə isə 6-7 dərəcə şaxta var. Hazırda saniyədə 10-15 metr sürətlə Şimal-Qərb küləyi əsir. Qeyri-sabit hava şəraitinin yanvar ayının 28-ə kimi davam edəcəyi proqnozlaşdırılır.

 

Elnur Ələkbərov,Vüsal Yaqubov, Lerik