Lənkəranda 85 hektardan çox sahədə meyvə bağları salınıb

27 2018 16:34

        2017-ci ilə qədər Lənkəran ərazisində meşə sahələrinin genişləndirilməsi işini həyata keçirən Lənkəran Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ötən ildən müəssisənin balansında olan meşə ərazilərində yeni meyvə bağları salıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq sərəncamından sonra rayon ərazisində 85.6 hektar sahədə meyvə ağacları əkilib.

 

     Lənkəran Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin ərazisi 2008-ci ilə qədər 27 min hektar sahəni əhatə edib. Hazırda müəssisənin 7030 hektar meşə sahəsi qalıb. Digər meşə əraziləri isə Hirkan Milli Parkının balansına verilib. Müəssisə iki meşəçilikdən ibarətdir.Bunlar Osakücə və Haftoni meşəbəyliyidir.

Lənkəran Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin baş meşəbəyisi Məhərrəm Cəfərov: 2017-ci ilə qədər 150-160-170 hektar meşələrin salınması ilə əlaqədar tapşırıq verilərdi.Bu meşələrdə əkin səpin üsulu ilə gedirdi. Yəni palıd qozasından biz meşələri salardıq təbii bərpaya kömək vasitəsilə”

     Meşə ərazilərini genişləndirmək üçün xan çinarı, ağcaqayın, vələs və sərv ağaclarının əkini aparılıb. Hazırda Meşə Mühafizəsi və Bərpası Müəssisəsi rayonda meyvə bağlarının salınmasını həyata keçirir

Lənkəran Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin baş meşəbəyisi Məhərrəm Cəfərov: Nazirliyin sərəncamı ilə ancaq bağ massivinin salınması tapşırılıb. 2017-ci ildə 85.6 hektar meyvə bağları salmışıq. Əsas bizdə sitrus bitkiləridir. Feyxoa, mandarin,limondur,portağaldır”

     Salınan meyvə bağlarında 14.1 hektarda tut, 14 hektarda feyxoa, 1.4 hektarda limon, 3.2 hektarda mandarin, 1 hektar sahədə portağal, 0.90 hektarda armud, 0.70 hektarda gavalı, 5.5 hektarda alma, 3.7 hektarda gilas, 2.9 hektarda xurma və 5.1 hektar sahədə əzgil ağacları əkilib. Ağacları qış fəslində şaxtadan qorumaq üçün müəssisə tərəfindən qulluq göstərilərək sellofanlarla bağlanılıb. Bundan başqa meşə ərazilərində dekorativ bitki ağacları da yetişdirilir. Əkilən həmişəyaşıl ağacların bir qismi xarici ölkələrdən gətirilib

Lənkəran Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin baş meşəbəyisi Məhərrəm Cəfərov: Əsas ağaclar eldar şamıdır,italyan şamıdır, sərv ağacları, bir də tuyadır. Həmin ağacları şəhərimizin abadlaşdırılmasında, Bakı şəhərinin yaşıllaşdırılmasında biz istifadə edirik”

   Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən rayonun meşəlik ərazilərində tut və xurma bağlarının genişləndirilməsi nəzərdə tutulub

Eyyub Məmmədov, Rəcəb Hüseynzadə, Lənkəran