Lənkəranda 53 təhsil, 65 səhiyyə müəssisəsi odunla qızdırılır

29 2018 18:18

         Soyuq qış fəslində bölgələrdə dövlət müəssisələrinin istiliklə təmin olunması məsələsi bu gün də öz aktuallığını qoruyur.Bu məqsədlə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən meşələrin tör-töküntülərdən təmizlənməsi hesabına, ildə bir dəfə yay mövsümündə odun tədarükü edilməyə başlanılır. Nazirliyin Meşələrin İnkişafı Departamentinin tapşırığı ilə nəzərdə tutulan odun tədarükü rayon icra hakimiyyətlərinin bölgüsü əsasında qazlaşdırılmayan dövlət təşkilatlarına verilir. Lənkəranda da hazırda 53 təhsil və 65 səhiyyə müəssisəsi payız-qış fəslində odun yanacağının hesabına qızdırılır

      Lənkəran Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin baş meşəbəyisi Məhərrəm Cəfərov:“ Kök üstə qurumuş, xəstə, yıxılmış ağaclar hesabına 600 kubmetrdən yuxarı biz onları odunla tədarük etmişik. Onların yarısını səhiyyəyə vermişik, yarısını məktəblərə və bağçalara vermişik. Qanuni onlar öz pullarını köçürüblər, odunlarını aparıb onlara vermişik”