Lənkəranlı güləşçilər respublika birinciliyinin finalında iştirak edəcək.

30 2018 18:42

Lənkərandan olan 9 güləşçi respublika birinciliyinin finalında iştirak edəcək. Güləşçilər Sabirabad rayonunda keçirilən zona yarışında bu hüququ qazanıb. Belə ki, Lənkərandan 15 yunan-Roma güləşçisinin iştirak etdiyi birincilik onlar üçün uğurlu olub. Yarışda 2001-2002-ci il təvəllüdülü yeniyetmə idmançılar mübarizə aparıb. Onlardan dördü birinci, üçü ikinci, ikisi isə üçüncü yeri tutmağa müvəffəq olub. Həmin idmançılar fevral ayında keçiriləcək respublika birinciliyinin final mərhələsində iştirak edəcək.Burada ilk yeri tutacaq güləşçilər milli komandanın tərkibində Dünya və Avropa çempionatlarında ölkəmizi təmsil etmək şansı qazanacaqlar.Yeniyetmələrin ardınca isə gənc güləşçilərin respublika birinciliyi başlayacaq

 

Baş məşqçi Alı Ağayev: “İdmançılarımız yarışda çox yüksək səviyyədə iştirak etdilər və 10-a yaxın komandanın sırasında ən yaxşı nəticə göstərdik. Hazırda hazırlığımız davam edir. Ümid edirik ki,respublika birinciliyində də uğurla çıxış edib, Avropa çempionatına vəsiqə qazanacağıq”