Masallıda kəndarası yollar yenidən qurulur

30 2018 18:43

Masallıda əsas magistral və kəndarası yollar yenidən qurulur. 15 yaşayış məntəqəsini özündə birləşdirən layihə başa çatdıqdan sonra 27 min əhalinin rayon mərkəzinə çıxışı asanlaşacaq

         Masallı rayonuna bitişik Şatıroba, Hişkədərə, Miyənkü, Kubin, Səmidxanlı, Xallıcalı, Eminli və Məmmədxanlı yaşayış məntəqələrinin kəndarası və rayona çıxış yolları uzun illərdir yararsız vəziyyətdə idi. Sakinlər rayon mərkəzinə gediş-gəliş zamanı çətinliklə üzləşirdilər

Sürücü Əsəd Qasımov:“İşim bu kəndlərdən aslıdır.Bakı- Masallı işləyirəm. Əvvəl bərbad vəziyyətdə idi yollar. İndi düzəldirlər.”

Kənd sakini Əhməd Nuriyev:“ Hər gün bu yoldan gedirəm müəllim adamam, anadan olandan yolumuzu bu vəziyyətdə görməmişdim”

      İlkin mərhələdə 17 kilometr uzunluqda olan Səmidxanlı, Xallıcalı, Eminli, Məmmədxanlı kəndlərinin  yollarının çəkilməsinə başlanılıb. Bu məqsədlə əraziyə ağır texnikalar cəlb edilib. Yol yatağının genişləndirilməsi üçün torpaq daşınır.

Kənd sakini Əsəd Qasımov :“Lap yaxşı düzələrsə, maşınlarımız da səliqəli olar.”

Kənd sakini Əhməd Nuriyev:“ Bundan artıq nə demək olar, bundan gözəl nə ola bilər”

   Tikinti işlərinin aprel ayının sonlarına kimi başa çatdırılması planlaşdırılır. Qeyd edək ki,son altı ildə Masallıda 302 km uzunluğunda kəndarası yollarda təmir işləri aparılıb

Eyyub Məmmədov, Elşən Feyzullayev, Zahid Aydınoğlu, Masallı.