Neftçalada yeni məktəb binası istifadəyə verildi.

30 2018 18:44

Neftçalada yeni məktəb binası istifadəyə verilib. Rayonun ucqar kəndi olan Şorkənddə müasir təhsil ocağının tikilməsi şagirdlərin və müəllimlərin böyük sevincinə səbəb olub

      Şorkənd kəndində orta məktəb binası uzun illərdir yararsız hala düşmüşdü. Məktəb təmir edilmədiyindən payız-qış fəslində dərslərin keçirilməsində çətinliklər yaranırdı. Müəllim və şagirdləri narahat edən bu problem öz həllini tapdı. Kənddə tez bir zamanda yeni məktəb binası tikilərək şagirdlərin istifadəsinə verilib.

Qaraqaşlı kənd bələdiyyəsinin sədri Elman Sultanov:“ Əvvəlki vəziyyəti çox bərbad idi. Müəyyən yerlərə müraciət etmişdik. Sağ olsunlar Azərbaycan kənd investisiya layihəsinin dəstəyi ilə kəndlərimizdə onlarla birlikdə icmalar yaradaraq, müəyyən işləri görürük. Eyni zamanda da həmin gördüyünüz bu Şorkənd məktəbi kənd camaatını yığıb bir icma yaratdıq. Artıq bu bizim ikinci layihədir.”

   Bir mərtəbəli 7 sinif otağından ibarət olan yeni məktəb binasında şagirdlərin normal təhsil almaları üçün hər cür şərait yaradılıb. Sinif otaqları lazım olan inventarlarla təchiz edilib.

Məktəbin direktoru Fərqanə Ağalarova:Məktəbimiz 107 şagirddən ibarətdir. Bu günə kimi yararsız binada dərs keçmişik. Azərbaycan kənd  investisiya layihəsinə öz minnətdarlığımızı bildiririk. Bu günki gördüyünüz şəraiti yaratdığına görə. Dünya bankının dəstəyi ilə Kənd icmasının təklifi nəzərə alınaraq 7 sinifdən ibarət olaraq yardımçı bina tikilib”

      Hazırda kənd ümumi orta məktəb binasının ətrafının abadlaşdırılması və mini futbol meydançası üçün yeni layihə hazırlanır. Bu layihəyə əsasən yaxın günlərdə ərazidə işlərə başlanılacaq.

Aytən Sakitqızı, Vüqar Məlikov,Neftçala.