Şaxtalı havalarda abonentlər su sayğaclarını necə qorumalıdır?

31 2018 17:15

 Havaların şaxtalı keçməsi mənzillərdə kommunal xidmət sahəsində bir sıra problemlər meydana gətirir. Bir çox hallarda mənzillərə çəkilən su xətlərinin donması sakinlərə içməli su sarıdan çətinlik yaradır. Hətta bu cür problemlər sonda su sayğaclarının sıradan çıxması ilə nəticələnir. Belə hallarda bəzi vətəndaşlar nə etməli olduqlarını bilmirlər.Əməkdaşımız Bayram Abbasov mövzunu Lənkəranda araşdırıb.

Lənkəran Sukanal İdarəsinin rəisi Rövşən Təhməzov:“Hündürmərtəbəli binalarda pilləkən qəfəsində qoyulmuş sayğaclar  şaxtalı havalarda  əgər sıradan çıxarsa, buna məsuliyyəti yerli idarə daşıyır.Ancaq həyət evlərində sayğaclar şaxta nəticəsində sıradan çıxarsa bu birbaşa abonentin öz üzərində qalacaqdır”

Müxbir Bayram Abbasov:“ İstər bina evlərində, istərsə də fərdi yaşayış evlərində su sayğacları quraşdırılarkən xüsusi qutularla əhatə olunur.Bu qutular isə şaxtalı havalarda su sayğaclarını donmaqdan qoruyur.”

          Həmçinin sərt şaxtalı havalarda digər qabaqlayıcı tədbirlər də görmək mümkündür. İlk növbədə su boruları və sayğac daxilində izolyasiya işləri aparılmalı, sayğacın üst hissəsi açılıb ekranına qədər ağac yonqarı ilə doldurulmalıdır.

Lənkəran Sukanal İdarəsinin rəisi Rövşən Təhməzov:“Qış aylarında sayğacların qutularını açıq saxlamasınlar.Sərt hava olduqda sayğacların qutularının ağzı açıq qalmasın.Ən yaxşısı o olar ki, isti əşyalarla onun üstünü örtə bilsinlər”

        Əsasən həyət evlərində yaşayan sakinlər sayğacların donma təhlükəsindən daha çox narahat olurlar.

Sakin Rükəxan Salayev:“ Qış aylarında donmasın deyə üstün örtürük ki,donarsa məsuliyyət qalır bizim boynumuzda. Ona görə də həmişə özümüz bağlayırıq ki,suyumuz donmasın istifadə edək ,partlamasın.”

Sakin Ağababa Abbasov:“ Şotçikin üstünü əski ilə bağlayıram.Sonra əlavə onun sellofanla üstünü bağlayıram”

Sakin Rəhimə Zamanova:“ Biz onun qabağını alırıq, yun bir əski səririk üstünə ki,o donmasın,qapağı örtəndən sonra üstünə sellofan da səririk bağlayırıq ki,o xarab olmasın.”

Sakin  İdris Ağayev :“ Biz tədbir görmüşük .Bükmüşük onu bağlamışıq ki, donmasın”

        Sorğudan da məlum oldu ki, əksər sakinlər su sayğaclarında müəyyən izolyasiya işləri görməklə donmanın qarşısını almağa çalışırlar. Əgər su sayğacı donub sıradan çıxarsa, bəs sayğacın təmiri hansı qaydalar əsasında həyata keçirilir ?

Lənkəran Sukanal İdarəsinin rəisi Rövşən Təhməzov:“Hər hansı problem olduqda sayğacadək bütün problemləri yerli idarə özü həll etməlidir.Ancaq sayğacdan abonentə tərəf gedən hissəsi vətəndaşın öz hesabına təmir olunmalıdır.

Sakin Ağababa Abbasov:“ Mən sındırmamışam, ya da ki,ona bir xətər yetirməmişəm.Təbii hadisədir.Əgər qanun-qayda ilə onu izolyasiyaya vermişiksə, o formada şaxta güclü olub partladıbsa, mənim nə günahım?”

Sakin  İdris Ağayev :“ Yox heç kəsə müraciət eləməmişəm.Ancaq öz hesabımıza bilirik ki, suyu obşidən bağlayırıq, özümüz tədbir görürük”.

Lənkəran Sukanal İdarəsinin rəisi Rövşən Təhməzov:“ Əgər hər hansı problem yaranacaqsa.Problemlərdən ən çoxu budur ki,25-ə düşür.Vətəndaş sayğacdan az istifadə edəndə klapanlar bağlanır.Onunla bağlı vətəndaşlar yerli idarələrə müraciət edə bilərlər”

          Qeyd edək ki, su sayğacları sıradan çıxdığı zaman sayğac təmir olunanadək vətəndaş su ilə təmin edilir. Amma sonradan sifariş olunan sayğac vətəndaşın mənzilinə ödəniş edildikdən sonra quraşdırılır.

 

Bayram Abbasov, Eldəniz Qurbanov, Lənkəran.