Salyan xəstəxanasının dializ şöbəsində 68 xəstə müalicə alır

01 2018 17:22

 Bu gün ölkəmizdə xroniki böyrək çatışmazlığından əziyyət çəkən 3000-dən artıq xəstə dövlət hesabına hemodializlə təmin edilib.Azərbaycan MDB ölkələri arasında yeganə dövlətdir ki, burada hemodializ alan xəstələrin növbəsi yoxdur və hər kəs üçün bərabər şərait yaradılıb. Respublikamızın əksər rayonlarında fəaliyyət göstərən xəstəxanalarda dializ şöbələri yaradılıb. Bu şöbələr dializ xəstələrinin işini daha da asanlaşdırıb. Elə Salyanda ehtiyacı olan xəstələr kimi.

       Salyan Rayon Mərkəzi Xəstəxanasında əvvəllər dializ şöbəsi olmadığından xəstələr Bakı və Şirvan şəhərlərində dializ almaq məcburiyyətində qalırdılar. Xəstəxanada xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələr üçün şöbənin açılması onların ürəyincə oldu. Çünki Salyan xəstəxanasında hemodializ şöbəsinə böyük ehtiyac var idi.  

Xəstə Zemfira Qasımova:“ Burada olmamışdan qabaq gedirdim Bakıya. Orada dializ almışam.Burada açılandan yaxşıdır, allaha şükür evimizə yaxındır. Gəlib dializ alıb rahat gedirik.”

Xəstə Güllü Hüseynova:“ 2 ildir buradayam. Yəni ki, hamı yaxşı baxır”

Xəstə Şahbala Qafarlı:“ 9 ildir dializ alıram.Əvvəl 4 il Şirvana getmişəm. Sağ olsun cənab prezidentimiz Salyanda açdı. Çox sağ olsun”

      Şöbədə quraşdırılan 11 aparatın vasitəsi ilə gün ərzində 3 seans keçməklə, 30-35 xəstəyə dializ xidməti göstərilir. Hazırda bura təkcə Salyandan deyil, qonşu bölgələrdən də gələn xəstələr var.

Şöbə müdiri Nabat Ağalarova:“ Demək olar ki, Ələt qəsəbəsindən, Hacıqabul, Neftçala, Biləsuvar, Cəlilabad, Lənkəran rayonlarından xəstələrimiz var. Başqa rayonlarda yer olmayanda göndərirlər bura, biz də müvəqqəti seanslar alırlar, sonra köçürülür öz rayonlarına”

     Hazırda xəstəxananın dializ şöbəsində 68 xəstə müalicə alır ki, onlardan da 18 nəfəri Neftçala rayonunun sakinləridir.

Aytən Sakitqızı, Vüqar Məlikov, Salyan.