Masallılı taekvondoçu Avropa çempionatında iştirak edəcək

01 2018 17:23

Masallı Regional Taekvondo Mərkəzinin daha bir yetirməsi Avropa çempionatında iştirak edəcək. Yarışda rayondan 33 kq-da Rahid Vəliyev mübarizə aparacaq. Yeniyetmələrin yaş qrupunda döyüşəcək idmançı artıq bütün hazırlıqlarını başa vurub. O, yüksək səviyyədə həm fiziki, həm də taktiki-texniki təlim keçib. 6-cı dəfə təşkil edilən taekvondo üzrə klublararası Avropa  çempionatı fevralın 6-9 tarixlərində İstanbulda baş tutacaq.

 

Elnur Ələkbərov, Masallı.