Lənkəranda dağılan körpü yenidən qurulur

02 2018 17:01

Bi neçə ay əvvəl Lənkəranın Əşlə kəndində Vazaru çayı üzərindəki uçan körpü yenidən qurulur. Kənd sakinlərinin yeganə gediş-gəlişini təmin edən körpü yaxın günlərdə istifadəyə veriləcək.

 

Rvo bələdiyyəsinin sədri Kamal Hüseynov:“ Əhalinin müraciəti nəzərə alınaraq royon rəhbərliyinə müraciət etdik. Rayon FHK-sı dərhal yerində bu məsələni araşdırdı. Aidiyyəti qurumlar üzrə bu məsələni qaldırdılar. Həmin tarixdən də iş başlandı. Hazırda işlər gedir, tamamlanmaq üzrədir.”

Kənd sakini Qurbanəli Eyvazov:“ 4 ay idi ki, biz bu yolla əzab çəkirdik.  Kim burada  iştirak edir, əməyi var, sağ olsunlar”

Kənd sakini Adil Eyvazov:“ Əziyyət çəkirdik.Müraciətimizi nəzərə aldılar. Körpü  bərpa olunub demək olar. ”

        Rvo kənd inzibati ərazi dairəsinin tabeliyində olan Əşlə kəndindəki körpü ötən il oktyabrın əvvəllərində intensiv yağıntılardan Vazaru çayında suyun artması səbəbindən uçmuşdu. Nəticədə rayon mərkəzi ilə 15 kilometrlik məsafəsi olan kəndin birbaşa əlaqəsi kəsilmişdi. Sakinlər alternativ yol kimi Siyabili kəndindən keçən yoldan istifadə edirdilər. Ən çox əziyyəti isə qonşu kəndə məktəbə gedən uşaqlar çəkirdilər.

Kənd sakini  Anar Xalıqov:“ Uşaqlar keçə bilmirdi burdan.Məcbur olurduq ordan gedirdik”  

Kənd sakini Turan Xalıqlı :“ Yeriyirəm çətin olur,ayağım ağrayır.Körpünü qoydular.Bundan sonra rahat getmək olar.”

Rvo bələdiyyəsinin sədri Kamal Hüseynov:“ Əşlə kəndi 117 ev olmaqla 500 nəfər əhali yaşayır. 94 şagird burda məktəbə gedir. Məktəb də Rvo kəndində olduğu üçün 6 km məsafəni piyada getməli olurdular” 

          Uzunluğu 40, eni 4,5 metr olan dəmir-beton konstruksiyalı yeni körpünün yükgötürmə qabiliyyəti 50 tondur.Mühəndis texniki işlər qurularkən bütün kriteriyalar nəzərə alınıb. Körpünün altında, çay məcrasında monolit-beton bünövrə tökülüb. Bünövrəyə əlavə dəmir borular qoyulmaqla yeni dayaqlar inşa olunub və körpünün altından aşırım tirlərinə bərkidilib. Bu da bünövrənin sel daşqınlarında sıradan çıxmasının qarşısını alacaq. Betonlama işləri yekunlaşandan sonra körpünün üstü asfaltlanaraq fevral ayının birinci ongünlüyündə tam istismara veriləcək.

 

Pərvanə Əliyeva,Rəcəb Hüseynzadə , Lənkəran