Lənkəranda gənclərin ümumrayon toplantısı keçirilib.

02 2018 17:03

Lənkəranda da 2 fevral - Gənclər Günü qeyd olunub. Bu münasibətlə Heydər Əliyev Mərkəzində Şəhər İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Lənkəran Şəhər Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə gənclərin ümumrayon toplantısı keçirilib.

 

      Toplantıda Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxış edərək gəncləri təbrik edib, Azərbaycan gəncliyinin ölkənin daxili ictimai-siyasi, həmçinin sosial-iqtisadi və digər sferalarında aktiv fəaliyyətindən söz açdı. İcra başçısı Gənclər Gününün təsis olunmasının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edərək,Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Gənclərinin I Forumunun keçirilməsinin, həmin tarixdən başlayaraq ölkəmizdə Gənclər Gününün böyük təntənə ilə qeyd edilməsinin gənclərimizin həyatında çox əlamətdar hadisə olduğunu, ölkəmizdə gənclər siyasətinin Azərbaycanın xoşbəxt gələcəyinə hesablandığını bildirdi. İcra başçısı gənclər siyasətinin bu gün ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq, bu gün lənkəranlı gənclərin də ölkənin, eləcə də rayonun ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirak etdiklərini, ölkənin tərəqqisi naminə səylə çalışdıqlarını diqqətə çatdırdı. Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əhmədov toplantıda məruzə ilə çıxış etdi. Tədbirdə ictimai fəal gənclər çıxış edərək gənclərin rayonun ictimai-siyasi, iqtisadi və mədəni həyatında iştirakından, gənc istedadlara dövlət qayğısının artırılmasından, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli çəkilməsindən və xidmətlərinin qiymətləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülməsindən söz açıblar. Daha sonra tədbir Lənkəran Gənclər Mərkəzində davam etdirildi. Tədbirdə rayonun ictimai həyatında fərqlənən bir qrup istedadlı gənc diplom və qiymətli hədiyyələrlə mükafatlandırıldı.

 İctimai fəal gənc  Sofiya Əzizli:Gənc olmağıma təzə qədəm qoymuşam.Bu müddət ərzində uğurlarım çoxdur.Artıq 113 diplomum  və fəxri fərmanım var .Əlbəttəki bu mənim üçün və mənim ailəm üçün böyük uğurdur”

İctimai fəal gənc  Orucəli Abbaszadə:“ Mən düşünürəm ki ,hər bir gənc müasir Azərbaycan gəncliyində daha vətənpərvər olmalı,vətəninə layiqli daha müasir gənc kimi formalaşmalıdır.”

Aygün Əliyeva, Eldəniz Qurbanov, Rəcəb Hüseynzadə, Lənkəran.