Salyan, Cəlilabad və Masallı rayonlarında Gənclər Günü qeyd edilib

02 2018 17:04

Respublikamızda qeyd olunan Gənclər Günü münasibəti ilə cənub bölgəsində də silsilə tədbirlər keçirilib. Baş tutan mərasimlərdə ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətinin əhəmiyyətindən danışılıb.

         Gənclər Günü münasibətilə Salyan rayonunda tədbir keçirilib. Rayonun idarə, müəssisə və təşkilatlarında çalışan gənclərin iştirak etdiyi yığıncaqda Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək gəncləri əlamətdar gün münasibətilə təbrik edib, Azərbaycanın çiçəklənməsi naminə onlara uğurlar arzuladı. Tədbirdə çıxış edən digər qonaqlar gənclərin dövlət qulluğuna irəli çəkilməsi, əlverişli təhsil mühitinin yaradılması və tələbə təqaüdlərinin mütəmadi olaraq artırılması, idmanın inkişafına və idmançılara göstərilən dövlət qayğısı diqqətə çatdırıldı.Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup gəncə qiymətli hədiyyələr təqdim edilib. Gənclər Günü münasibəti ilə Cəlilabad rayonunda təşkil edilən tədbirdə Azərbaycan gəncliyinin ölkənin ictimai-siyasi, həmçinin sosial-iqtisadi və digər sferalarda öz töhfələrini verməsi qeyd olunub. Həmçinin çıxışlarda bildirilib ki, ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil edən Azərbaycan gəncləri dövlətimiz haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında, mədəni-mənəvi irsimizin təbliğ olunmasında fəallıq nümayiş etdirirlər. Məhz bütün bunların dövlətimiz tərəfindən yaradılmış əlverişli imkanlar hesabına ərsəyə gəldiyi vurğulanıb. Daha sonra tədbirdə ictimai fəal gənclər mükafatlandırılıb. 2 fevral - Gənclər Günü Masallı rayonunda da qeyd olunub. Tədbirdə çıxış edənlər bildirib ki, gənclər hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən aparıcı qüvvədir. Bu gün ölkəmizdə bütün sahələrdə olduğu kimi, gənclər siyasətinin uğurla davam etdirilməsinə də xüsusi diqqət göstərilir. Azərbaycan gəncliyinin potensialına böyük önəm verilməsi, onların problemlərinin həll olunması, istək və arzularının reallaşması üçün hər cür şəraitin olduğu vurğulanıb. Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup gənc fəxri fərmanlar və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

 

Aytən Sakitqızı, Vüqar  Məlikov,Elşən Feyzullayev,Zahid Aydınoğlu, Salyan,Cəlilabad,Masallı.