İranla həmsərhəd Astarada “quş qripi” təhlükəsi yoxdur

03 2018 18:39

İranda yayılmış quş qripi ilə bağlı sərhəd keçid məntəqələrində nəzarət yoxlama tədbirləri qüvvəsindədir. Sərhəddən və sərhəd bölgəsindəki yaşayış məntəqələrindən reportajımız var. 

Müxbir Pərvanə Əliyeva:“ İranda yayılmış quş qripi ilə bağlı oradan ölkəmizə quş və quş əti məhsullarının gətirilməsinə qadağa qoyulub. Son günlər sərhəd keçid məntəqələrində bununla bağlı nəzarət yoxlama tədbirləri daha da gücləndirilib.”

Müxbir:Pərvanə Əliyeva

Sual:“Toyuq əti gətirirsiz?

İrandan gələn Emin Nəzərov:

Cavab:Yox elə şeyləri qoymurlar.Toyuq əti qoymurlar.”

İrandan gələn Eldar Əsədullayev: Gətirmirik, icazə yoxdur gətirmirik.”

İrandan gələn Vaqif  Salayev:“Yox, yox, yox.Toyuq qoymurlar. Quş qripinə görə qoymurlar. Ümumiyyətlə 3 ildir ki, qoymurlar.”

    Qonşu İranda "quş qripi" virusundan milyonlarla tələfatın qeydə alınması həmin xəstəliyin çöl quşları vasitəsi ilə sərhəddə yerləşən Azərbaycan rayonlarına keçməsi ehtimalını artırıb.Təsərrüfat sahibləri narahatdır.  

Təsərrüfat sahibi Rza Gəncizadə:“ Hazırda 450-500 quşum var, burada saxlayırıq. İranda eşidirik, bir az narahat oluruq. Müraciət edirik baytarlıq idarəmizə, gəlib baxırlar. Şükür allaha ki, hələ bir xəstəlik, ölüm olmayıb”

Kənd sakini Mənsurə Abdullayeva:“ 30-40 dənə toyuğum var, neçə illərdir saxlayıram.

Sual: “İranla sərhədiniz nə qədərdir?”

Cavab: “Təxminən 200 metr olar”

Sual:“İranda “quş qripi” xəstəliyi olur. Sizin quşlar üçün narahatçılığı olmur?”

Cavab: “Yox bu tərəfə gəlib çıxmayıb o xəstəliklər.”

     Rayon Baytarlıq İdarəsinin məlumatına görə, bu günə kimi Astarada ev quşları arasında kütləvi tələfat qeydə alınmayıb. 

Astara Rayon Baytarlıq İdarəsinin rəis əvəzi Cəfər Ağayev:“ Camaat arasında tərəfimizdən həmişə maarifləndirmə işləri aparılıb.Ərazidə monitorinqlər aparılır. Ölüm halları olanda demişik camaata ki, bizə vaxtında müraciət etsinlər. Ümumiyyətlə rayonumuzda 200 mindən yuxarı ev quşları mövcuddur. Hazırda tauna qarşı peyvəndləmə işləri gedir.”

     Ələt-Astara magistralının Cəlilabad-Lənkəran hissəsində də çöl quşlarının satışına nəzarət gücləndirilib. 

Pərvanə Əliyeva, Vüsal Yaqubov, Astara- Lənkəran.