Salyan şəhərinin mərkəzində qazılmış arxlar yenidən təmizlənir.

05 2018 17:07

 Salyan rayonunda sel suları ötürmək üçün qazılmış arxlar yenidən təmizlənir. Artıq bir həftə ərzində şəhər ərazisində 5 kilometrdən çox arx təmizlənib.

 Salyan şəhəri ərazisində arxların təmizlənməsi işləri rayon Mənzil İstismarı İdarəsi tərəfindən aparılır. Ayrı-ayrı ərazilərdə işləyən idarənin işçiləri torpaqla, ağac yarpaqları ilə dolmuş zibilləri arxlardan təmizləyib, maşınlara yükləyərək ərazidən uzaqlaşdırırlar.

Fəhlə Səfalı Əkbərov:“ Mütəmadi olaraq bu arxları təmizləyirik. Təmiz olsun ki, zığ suları əmələ gəlməsin.”

Fəhlə İsmayıl Ağayev: “ Camaat doldurur zir-zibilləri, biz təmizləyirik.Maşın gəlir, hamısı yüklənir. Ağacların dibinin otlarını təmizləyirik ,hər bir işi görürük.”

        Sakinlər deyir ki, əvvəllər yağış yağan kimi küçələrdən sel sularına görə keçmək olmurdu. Uzun müddətli yığılıb qalan sel suları asfalt yolları sıradan çıxarırdı. Nəticədə də bir sıra çətinliklər yaranırdı.

Fəhlə Müstəcəb Ramazanov: Sel gələndə ,yağış yağanda bir var ki,camaatın qapısının qabağına dolur, bir də var ki, arxın içi ilə axa-axa gedir. Ona görə də təmizləyirik ki, su axanda ot olmasın, təmiz olsun ki, su rahat getsin”

     Şəhər ərazisində 40 kilometrə yaxın belə arxlar çəkilib. Qısa müddətdə arxların 5 kilometri təmizlənərək, normal hala salınıb.

Aytən Sakitqızı, Vüqar Məlikov, Salyan.