Cəlilabad-Yardımlı avtomobil yolunda sürüşmə zonaları aktivləşib

05 2018 17:08

Bölgəyə düşən son yağıntılardan sonra Cəlilabad-Yardımlı avtomobil yolu üzərindəki sürüşmə zonalarında aktivlik müşahidə olunur.Yağıntıların təsirindən asfalt qatı tədricən sıradan çıxmağa başlayıb. Yolun Kövüzbulaq və Pərdi kəndləri arasındakı hissəsində iri çatlar əmələ gəlib.Sürücülər bunun daha da təhlükəli ola biləcəyindən narahatdır. Buradakı yol yatağının eroziyaya uğraması sürüşmənin baş verməsini qaçılmaz edir. Kənd sakinlərinin sözlərinə görə ərazidən mütəmadi yük avtomobillərinin keçməsi yolun sürüşməyə meyilli olan ərazilərində çökmələrin yaranmasına səbəb olub. Sözügedən yolun Xanəgah kəndindən keçən hissəsində isə təpəlik ərazidə olan torpaq layları yola doğru axın edib. Cəlilabad-Yardımlı avtomobil yolu dağlıq və təpəlik ərazilərdən keçdiyi üçün hər il payız-qış mövsümündə sürüşmə zonaları aktivləşir

 

Sürücü  Həsənağa  Rəhimov:“ Elə bir dəfə qar olsa bu yol gedəcək.Çoxu qalır yollarda, gedə bilmirlər”

 Sürücü  Anar Babayev:“ Yol partlayıb. Elə vaxt olur ki,biz maşınla yolda qalırıq.Biz traktor gətirib, maşını çəkirik”