Lənkəranın Jidi kəndində torpaq sürüşməsi davam edir

06 2018 18:00

Lənkəranın mərkəzi ilə 43 kilometr məsafəsi olan Jidi kəndinin ərazisində torpaq sürüşməsi davam edir. Sürüşmə kəndin əsas avtomobil yolunun 100 metrlik hissəsini əhatə edib. Lay torpaq qatının sürüşməsi zamanı  dağ yolu keçilməz hala düşüb. Yolda 1 metr enində çatlar əmələ gəlib. Bu yol Gəgiran kəndi ilə rayonu birləşdirən yeganə avtomobil yolu olduğundan həmin kəndlə nəqliyyat əlaqəsi kəsilib. Hadisə ilə bağlı aidiyyatı qurumlara məlumat verilib. Sürüşmə baş verən ərazidə evlər olmadığından, sakinlərə hər hansı bir maddi zərər dəyməyib.

 

 

Lənkəran ŞİH başçısının birinci müavini  Möhübbət Babayev: Biz dərhal buna reaksiya vermişik.Ərazi icra nümayəndəliyi məlumatlandırıldıqdan sonra 48 saylı yol istismar idarəsinin mütəxəssisləri getmişdir.Yerində akt tərtib olunub,şəkillər çəkilmişdir.Azəravtoyola məlumatlar göndərilib.Hələ ki, yaşayış yeri üçün heç bir təhlükə yoxdur.Yolun çökməsidir,yolun müvəqqəti hərəkətinin dayanmasıdır.Mütəxəssis rəyi lazımdır.Çox güman ki, burada yaxın günlərdə işlərə başlanacaq.”

 

 

 

Aygün Əliyeva, Eldəniz Qurbanov,  Lənkəran