Lənkəran sakinləri icbari tibbi müayinədən keçiriləcək

06 2018 18:03

Ölkə başçısının tapşırığı və Səhiyyə Nazirliyinin müvafiq əmri ilə növbəti həftədən vətəndaşların icbari tibbi müayinəsinə başlanılacaq. Müayinələr fevral ayının 15-dən, may ayının 15-nə kimi davam etdiriləcək. Bununla bağlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasında iş planına uyğun olaraq ilkin qrafiklər hazırlanıb, bütün sahələr üzrə briqadalar təşkil olunub. Xəstəlik aşkar ediləcək şəxslərin yerlərdə, zərurət yarandığı hallarda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunması, digər sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Baş həkimin müavini   Əbülfət Məmmədov: “Lənkəran şəhər əhalisi Lənkəran Diaqnostika Mərkəzində müayinə olunacaq. Liman şəhəri, bütün qəsəbələr və kəndlərin əhalisi isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının həkim kollektivi tərəfindən müayinələrə cəlb olunacaq.”

Eyyub Məmmədov, Rəcəb Hüseynzadə,  Lənkəran