7 fevral Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür

07 2018 17:45

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür. Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 2006-ci ildən Azərbaycan Silahlı Qüvvələri sıralarında xidmət edən Mübariz İbrahimov 2010-cu il iyunun 18 -də Tərtər rayonunun Çaylı kəndində Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edərkən qəhrəmancasına şəhid olub.2010-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra Milli Qəhrəman adına layiq görülüb.Milli Qəhrəmanın doğulduğu evin bir otağı hazırda onun əşyalarının cəm olduğu bir muzeyə çevrilib.Hazırda Biləsuvar rayonunun mərkəzi küçələrindən biri və şəhər məktəb-lisey  kompleksi Milli Qəhrəmanın adını daşıyır

Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov:“Ailədə qeyd edirik ,yəni çox da təmtəraqlı ad günü keçirmirik. Bizim ona aldığımız hədiyyələri yox,onun hədiyyə almağını xatırlayıram.Anasına doğum günündə hədiyyə alardı”