Cənub bölgəsinin 126 mindən çox vətəndaşı “ASAN xidmət”dən yararlanıb

08 2018 18:19

      Səyyar “ASAN Xidmət” regionlarda əhaliyə xidmətlər göstərməkdə davam edir. Bu günlərdə növbəti dəfə Lənkərana gələn səyyar qrup bir ay müddətində Biləsuvar, Cəlilabad, Masallı, Astara, Lerik və Yardımlı rayon sakinlərinə xidmət göstərəcək. Məqsəd dövlət xidmətlərinin vətəndaşlara daha rahat təqdim edilməsidir.

    Müxbir Pərvanə Əliyeva: “ "Asan Xidmət"in səyyar briqadası 9-cu dəfədir Lənkərandadır. Bu müddətdə cənub bölgəsinin 126 mindən çox vətəndaşı xidmətin imkanlarından yararlana bilib.”

  Vətəndaşlara xidmət zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslarda göstərilir.Xidmət sahələrinə şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi, verilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, mənzillər və fərdi evlər üzərində ilkin, təkrar çıxarışların verilməsi, ilkin pensiyaların təyini  eləcə də bütün notariat əməliyyatlar daxildir.

    Səyyar “ASAN Xidmət”in qrup rəhbəri Azər Məmmədov:“ 7 gündür Lənkəran şəhərində xidmətdəyik.Xidmət müddətində Lənkəran şəhər sakinlərindən əlavə digər şəhər və rayon vətəndaşlarına da xidmət göstərilir. Gün ərzində 300-400 vətəndaşa xidmət göstərilir. Hazırda 1800 vətəndaş xidmət almışdır.”

     Müxbir :“ Hansı xidmətdən yararlanırsız,nə vaxt alacaqsınız vəsiqəni? ”

    Lənkəran sakini Əkrəm  Həsənov:“ Sürücülük vəsiqəsi, almalıyam da indi 5-6 dəqiqəyə”

   Lənkəran sakini Şakir  Hüseynzadə :“Məqsədim notariat  xidmətdən yararlanmaqdır.Bu gün “ASAN  Xidmət”dən istifadə etmək həm rahatdır, həm də vaxtımıza qənaətdir”

    " ASAN Xidmət" şəhərin mərkəzində təşkil edildiyindən müraciətlərin sayı kifayət qədər çoxdur. 

     Müxbir: “Ən çox müraciət nə ilə bağlıdır?”

  Səyyar “ASAN Xidmət”in qrup rəhbəri Azər Məmmədov:“Ən çox şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi ilə bağlıdır. Ümumvətəndaşlıq pasportlarının dəyişdirilməsi və verilməsi ilə bağlı, notariat fəaliyyəti ilə əlaqədar müraciətlər çoxluq təşkil edir”

     Astara sakini Tural Mikayılov:“ Ümumvətəndaş pasportu üçün sənədləri hazırlayıb vermişdim. Bu gün götürəcəyəm inşallah.İşimizə və vaxtımıza qənaətdir.”

    Lənkəran sakini Xaqani Tağıyev:“ Üç gün müddətində şəxsiyyət vəsiqələri dəyişdirib təzə şəxsiyyət  vəsiqəsi  almışam.Sağ olsun ki, dövlətimiz bizim üçün belə bir şərait yaradıb”

    Lənkəranda vətəndaşlara səyyar "ASAN Xidmət" martın 2-dək göstəriləcək.

    Pərvanə Əliyeva, Eldəniz  Qurbanov,  Lənkəran