Lənkəranın yunan-Roma güləşçiləri respublika birinciliyinə hazırlaşır. Yarışda rayon 5 idmançı il təmsil olunacaq.
Lənkəranı təmsil edən yunan-Roma güləşçiləri gənclərin iştirak etdiyi respublika birinciliyinə qoşulacaq. İdmançılar baş məşqçi Alı Ağayevin rəhbərliyi altında nəyə qadir olduqlarını göstərəcəklər.
Baş məşqçi Alı Ağayev:“Fiziki-taktiki hazırlıq çox yüksək yerdədir. Gördüyünüz kimi sürətli məşq gedir.Templi məşqlərdir.Həm də çəkiyə nəzarətdir.Birinci növbədə biz uşaqlarımızı travmalardan qoruyuruq ki, uşaqlarımız travmasız bu yarışda güləşsin və qələbə qazansın”
Fevralın 21-22-si tarixlərində keçiriləcək yarışda Lənkəranı 5 idmançı təmsil edəcək. Bunlardan biri Samir Cabbarzadə, digəri isə bu ildən etibarən gənclərin yaş qrupunda güləşəcək Araz Şükürzadədir
Baş məşqçi Alı Ağayev:“ Əsas ümidverən idmançılarımızdan biri də Araz Şükürzadədir. Keçən il respublika birinciliyində ikinci yerə layiq görülüb. Onun üzərində çox ciddi hazırlıq gedir.”
Yarışda qalib gələcək idmançılar milli komandanın tərkibinə dəvət almaqla ölkəmizi Avropa və Dünya Çempionatlarında təmsil etmək şansı qazanacaq
Elnur Ələkbərov, Rəcəb Hüseynzadə, Lənkəran