Astaranın bu kəndində balıqqulağı gəlir mənbəyidir

09 2018 17:28

Adətən kəndlərdə sakinlər kənd təsərrüfatı ilə məşğul olsalar da, Astaranın Şahağacı kəndində vəziyyət tam fərqlidir. Bu kəndin sakinlərinin gəliri dənizdən çıxır. Balıqçılıq ənənəvi məşğuliyyət olsa da, burada balıqqulağı toplayıb satmaq da qazanclı iş sayılır. Dəniz kənarında yaşayan 50-dən çox ailənin qazanc mənbəyinə çevrilən balıqqulaqları cənub rayonlarının sakinlərindən başqa Bakıdan gəlib alanlar da olur

              Balıqqulağından bəzi eksponatların təmir-bərpası və ona yaraşıq vermək üçün istifadə olunur. Sakinlərin sözlərinə görə, burada çıxarılan balıqqulağılar iriliyinə və rənginin ağ olmasına görə seçilir. Kənd təsərrüfatında da tətbiq olunması ona olan tələbatı artırır. 

Satıcı  Nigar Niftiyeva:“ Təbiətin bizə verdiyi nemətdir, biz də imkanımız olan qədər yığıb satırıq. Kim istifadə edir, gəlir deyir mənə 10 dənə, 20 dənə,50 dənə,100 dənə lazımdır biz də vururuq gedir”

Satıcı Şani  İmanverdiyeva: “Kisəsini 1 manata alırlar, böyükləri 3 manata veririk. Mənim evimin qabağıdır, gördüm camaat satır, mən də satdım” 

Satıcı  Oqtay Quliyev: “ Quyunun içinə atırlar su dəyişilsin, tavana atırlar yağış yağanda su olmasın.Dəyirmandan çıxarırlar ,ördəklərə, toyuqlara da verilir. Bunu verəndən sonra yumurtası möhkəm olur, iri olur, keyfiyyətli olur”

             Balıqqulaqları palçıqlı yollarda gediş-gəlişi rahatlaşdırmaq, məzarların üzərinə alaq otları bitməsin deyə tökmək üçün və ən əsası tikinti zamanı suvaq işlərində geniş istifadə olunur. 

Alıcı  Xətmigül  Şükürova:“ Usta deyib ki, bunu sementə qatın sizin pilləkəniniz bərk olar, yumşaq olmaz, tökülməz. Biz də gəlmişik kisəsini bir manata alırıq aparırıq evə. Quyu başına sərərik, həyətə sərərik”

Suvaq ustası Bayram  Məmmədov:“ Suvağa naxış salmağa, betona vururuq möhkəm olsun, naxışlı görünsün, parıldasın mərmər tozu kimi. Pilləkənlərin hazırlanmasında istifadə edirik”

          Bir çox faydalarına görə seçilən balıqqulaqlarından nəmişliyin aradan qalxması üçün də istifadə edilir.

Eyyub Məmmədov, Eldəniz Qurbanov, Astara