Salyanda vərəmli xəstələrin sayı azalıb

09 2018 17:30

Salyan rayonunda vərəmli xəstələrin sayı əvvəlki illərlə müqayisədə xeyli azalıb. Amma buna baxmayaraq bəzi vərəmli xəstələr müayinədən yayınaraq, vaxtında bu xəstəliyin qarşısını almaqda problemlə üzləşirlər. Bu da vərəm xəstəliyinin yayılması üçün əsl münbit şərait yaradır.

         50 çarpayılıq Salyan Rayonlararası Ağciyər Xəstəlikləri Xəstəxanası 6 rayonun əhalisinə xidmət edir. Ən müasir tibb avadanlıqları ilə təchiz olunan xəstəxanada son illər görülmüş profilaktik tədbirlər nəticəsində rayonda vərəmli xəstələrin sayı ilbəil azalmağa doğru gedir.

 Xəstəxananın baş həkimi Xanış Abbasov:54 xəstə qeydiyyata almışıq və aşkarlamışıq.Gigiyena və Epidemiologiya Mərkəzi ilə birlikdə müəyyən işlər görülmüş,dərman preparatları verilmiş xəstələr müalicəyə cəlb olunmuşlar”

        Baş həkim deyir ki, ilkin vərəm xəstələrini aşkar etmək üçün Gigiyena və Epidemiologiya Mərkəzi ilə birlikdə təkcə yaşayış məntəqələrində deyil, iaşə obyektlərində də mütəmadi müayinələr aparılır. Hazırda xəstəxanada 32 nəfər müalicə olunur. Vərəm daşıyıcısı olan bu xəstələrin dərman preparatları dövlət tərəfindən təmin edilir.

Həkim Şölə Mikayılova:İl ərzində Elmi-Tədqiqat Ağciyər İnstitutundan dərman gətirilir. Vərəmli xəstələr üçün mütəmadi olaraq bölgü əsasında emdiyar, exsdiyar xəstələr üçün dərman götürülür.Müntəzəm olaraq xəstələr hər ayın əvvəlində müayinədən keçirilir, dərman təchizatı ilə təmin olunur”

      Bütün bunlara baxmayaraq bəzi vərəmli xəstələr arasında müayinədən yayınma halları da müşahidə olunur. Bu da vərəm xəstəliyinin ailədə və cəmiyyət arasında yayılma ehtimalını çoxaldır. Bu xəstəlik vaxtında və düzgün müalicə olunmadıqda əlilliyə və hətta xəstənin ölümünə səbəb ola bilir. Odur ki, vaxtında müalicə olunmaqla vərəmdən tam sağalmaq mümkündür.

Aygün Əliyeva, Vüqar Məlikov, Salyan.