Qəzənfər Ağayev: 2017-ci il Astarada bütün sahələrdə nailiyyətlər qazanılıb

10 2018 17:35

2017-ci ildə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Ələt-Astara-İran sərhədi avtomobil yolunun, Astara stansiyasından İran sərhəddinə qədər olan 8.3 km-lik dəmir yolu xəttinin və Astara çayı üzərində 85 metr uzunluğunda dəmir yolu körpüsünün tikintisi başa çatdırılıb.Astarada ötən ilin yekunlarının müzakirə edildiyi toplantıda  kəndlərarası avtomobil yollarının inşasına diqqət çəkilib. Xəzər dənizi sahilində salınan park-bulvar kompleksi ərazisinin genişləndirilməsi, 29 çoxmərtəbəli yaşayış binasında əsaslı təmir işlərinin aparılması sosial təminat baxımından yüksək qiymətləndirilib. Rayonda aqrar sektorun inkişafı xüsusilə çəltikçilikdə əldə edilən nəticələr qabardılıb.Bunun nəticəsi olaraq Ərçivan qəsəbəsində gündəlik istehsal gücü 40 ton olan çəltik emalı zavodunun tikintisi, həmçinin, rayonda logistik mərkəzin yaradılması gündəlikdə duran məsələlərdəndir.