Salyanda YPX əməkdaşı Lənkəran sakininin həyatını xilas etdi

10 2018 17:36

Yolda halı pisləşən Lənkəran sakininin həyatını polis xilas edib. Ona ilkin tibbi yardımı da elə polislər edib.

 

        Bakıdan həkimdən qayıdan Lənkəran rayonunun Şıxəkəran kənd sakini İradə Kərimovanın yolda halı pisləşib. Həyat yoldaşının vəziyyətinin yaxşı olmadığını görən Sərraf Kərimov Salyan rayonunda BDYP-nin xidməti postundan keçərkən polis əməkdaşlarından kömək istəyib.

Lənkəran sakini İradə Kərimova:“ Yolda gələndə halım pisləşdi. Yoldaşım da özünü itirmişdi. Polis gördü, işarə etdi saxladı maşını. Mənə çox kömək etdilər.”

Lənkəran sakini  Sərraf Kərimov: “ Onun dərmanını gətirdim, dərman verdilər, təzyiqini, şəkərini ölçdülər. Sonra yarım saat gözlədik özünə gəldi.”

         BDYPİ-nin Yol-Patrul Xidməti Alayının 10-cu tağımının baş çavuşu Yusif Məcidov deyir ki, xidmət aparan zaman “Mersedes” markalı avtomobilin qəza işıqları ilə idarə olunduğunu görüb. Maşını saxladıqda isə sərnişinin halının pis olduğu haqqında məlumat alaraq, ona ilkin tibbi yardım göstərib.

DYP əməkdaşı Yusif  Məcidov: “ Ona ilk tibbi yardım nə lazımdırsa etdim,dərmanlarını verdim və təcili yardıma müraciət etdim. Təcili yardım gələnə kimi xanım özünə gəldiyini bildirdi və getməli olduğunu dedi və onları yola saldım getdilər. Bir Azərbaycan polisi olaraq öz vəzifəmi yerinə yetirdim.”

           Sərraf Kərimov Lənkərana sağ-salamat ailə ilə birlikdə çatdıqdan sonra ertəsi gün Daxili İşlər Nazirliyinə təşəkkür məktubu yazıb.

 

Elnur Ələkbərov, Eldəniz Qurbanov,Lənkəran ,Salyan.