Lənkəranda selin dağıtdığı körpü yenidən quruldu

12 2018 17:54

          Bir neçə ay əvvəl Lənkəranın Əşlə kəndində sel suları səbəbindən uçan körpü yenidən bərpa olunaraq istifadəyə verilib. Buna qədər sakinlər alternativ yol kimi Siyablı kəndindən keçən yoldan istifadə edirdilər. Açılış mərasimində çıxış edənlər yeni salınan körpünün kənd sakinlərinin gediş-gəlişində böyük əhəmiyyət kəsb etdiyini bildiriblər. Uzunluğu 40, eni 4,5 metr olan dəmir-beton konstruksiyalı yeni körpünün yükgötürmə qabiliyyəti 50 tondur. Mühəndis texniki işlər qurularkən bütün kriteriyalar nəzərə alınıb. Körpünün altında, çay məcrasında monolit-beton bünövrə tökülüb. Bünövrəyə əlavə dəmir borular qoyulmaqla yeni dayaqlar inşa olunub və körpünün altından aşırım tirlərinə bərkidilib. Bu da bünövrənin sel daşqınlarında sıradan çıxmasının qarşısını alacaq.

Kənd sakini  Asəf  Eyvazov: “ Üç ay idi biz o əziyyəti çəkirdik. Məktəblilər məktəbə gedə bilmirdi. Yaşlılar keçə bilmirdi. Alternativ yoldan istifadə edirdik.”


 Kənd sakini  Emin  Şahbazov:“ Təzə körpü tikilib, çox dayanıqlıdır. Bu müddət ərzində çay kənarında dəmir atmışdıq. Ordan keçirdik. Çox təhlükəli bir zaman yaşadıq, çox əziyyət çəkdik.”