Lənkəran taekvondoçuları İranda olimpiadaya qatılıb

13 2018 18:01

İran İslam Respublikasında uşaq və yeniyetmələrin iştirak etdiyi olimpiadaya "Təhsil" Respublika İdman Mərkəzinin Lənkəran Şəhər Uşaq Gənclər İdman Şahmat Məktəbinin taekvondoçuları da qoşulub. Beynəlxalq olimpiadada idmançılar 10 çəki dərəcəsi üzrə mübarizə aparır. Cənub rayonundan ümumilikdə 10-a yaxın taekvondoçu yarışda öz qüvvəsini sınayır. Burada qalib gələcək idmançılar turnirin kubok və medalları ilə təltif ediləcəklər.