Hüseyn Bağırov bu gün Salyan sakinləri ilə görüşüb

22 2018 17:58

Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov Salyanda bu rayonun, həmçinin Neftçala, Cəlilabad və Biləsuvar rayonlarının sakinləri ilə görüşüb. Nazirliyin idarə və departamentlərinin, tabeli qurumlarının iştirak etdiyi görüşdə ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, bioresurslar, hidrometeorologiya və digər məsələlərlə bağlı 40-a yaxın vətəndaşın müraciətinə baxılıb. Təklif olunan müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb, bəzi müraciət və şikayətlər araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb