Fototələlər “Qırmızı kitab”a düşən canlıların izlənməsi üçün əlverişlidir

22 2018 18:02

  Lənkəran və Astara inzibati rayonlarının ərazisində yerləşən Hirkan Milli parkında müşahidə kameralarının sayı artırılıb. Bu fototələlər canlı aləmin tədqiq edilməsində böyük əhəmiyyətə malikdir.


 Park ərazisində quraşdırılan kameralardakı görüntülərdən məlum olur ki, nadir heyvanların sayında artım müşahidə olunur. Mühafizə olunan canlıların sayıı, yerləşdiyi ərazilər əsasən müşahidə kameraları vasitəsilə öyrənilir. Son zamanlar xüsusi mühafizə olunan bəbirlərə çox rast gəlinməsinin səbəbi onların özlərini təhlükəsiz hiss edərək sərbəst yaşamaları üçün park ərazisində lazımı şəraitin yaradılmasıdır.


 Hirkan Milli Parkının direktoru Azər Mirzəyev: “15-ə yaxın foto-tələlər yerləşdirilmişdir.Onların köməkliyi ilə biz bir çox heyvanların, bəbirlərin, cüyürlərimizin, ondan sonra nəsli kəsilməkdə olan Suriya marallarımızın müşahidələrini aparırıq. Ən uğurlu nəticələrimiz ondan ibarətdir ki, son vaxtlar fototələlərimizin Hirkan Mili Parkına yerləşdiriliməsi nəticəsində biz son iki ildə bəbirlərimizin sayının artırılmasını daha çox müşahidə edirik.”


 Park ərazisində nəzarəti daha da gücləndirmək, qanun pozuntularının qarşısını almaq məqsədilə gözətçi arkaları tikilib. Say artımında bu amil xüsusi rol oynayır.


 Hirkan Milli Parkının direktoru Azər Mirzəyev: “Bəbirlərimizin sırf Hirkan Milli Parkının ərazisində artmasına səbəb birinci növbədə mühafizəmizin düzgün təşkil olunması və yem bazasının olmasıdır. Bunların yem bazası əsasən oxlu kirpilərdir. Fototələlər nəticəsində biz müşahidə etmişik: donuzların artması, cüyürlərimizin artması.”


2004-cü ildə yaradılan Hirkan Milli Parkı Yuneskonun Ümumdünya Mədəni və Təbii İrs siyahısına daxil edilməsi üçün qeydiyyata alınıb.