Masallıda son 10 gün ərzində 20 mindən çox sakin tibbi müayinədən keçirilib

22 2018 18:16

       Masallı rayonunda əhalinin pulsuz tibbi profilaktik müayinəsi davam etdirilir. Humanitar aksiya Masallı Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində aparılır. 10 gün ərzində 20 mindən çox sakin müayinədən keçirilib. Mayın 12-nə kimi aksiya çərçivəsində müxtəlif yaş qruplarından olan 80 min sakinin tibbi yoxlamadan keçirilməsi nəzərdə tutulub.

 

Poliklinika şöbəsinin müdiri Rasim Əzizov: “Erkən xəstəliklərin aşkar edilməsi üçün rentgen və flüoqrafiya müayinəsindən istifadə edirik. Müşahidə olunan xəstəliklər əsasən revmatik xəstəliklərdir. Cənub bölgəsi rütubətli zona olduğundan biz laborator analizlərə daha çox üstünlük veririk.”