İran vətəndaşı səyahətin ucuz növünü tapıb

16 2017 17:40

 

İran vətəndaşı daha ucuz səyahət növündən istifadə edir. Öz dili ilə desək, həm ucuz, həm də sağlam. Masallıdan keçərkən əməkdaşlarımıza rast gələn turistin Azərbaycan səfəri ilə bağlı təəssüratlarını dinləyək.


 38 yaşlı İran vətəndaşı Sayros Neman Far Qafqaz səyahətinə velosipedlə çıxıb. Velosiped sürməyi sevdiyi və daha qənaətcil olduğu üçün bu cür səyahətə üstünlük verdiyini deyir. Azərbaycanda ilk dəfə olsa da, qətiyyən çətinlik çəkmədiyini deyir.


8 ildir peşəkar şəkildə velosiped idmanı ilə məşğul olan Sayrosun məqsədi Azərbaycan və Gürcüstanı gəzməkdir. Bundan əvvəl Asiya və Avropa turlarında olub.


 Avtomobil ehtiyat hissələri istehsal edən şirkətdə çalışan səyyah Azərbaycanda 5 gün qalmaq niyyətindədir.