Masallıda yemiş yığan fermerlər məhsulun zay olmasından gileylənirlər

16 2017 17:41

  Masallıda yemiş yığımına başlanıb. Müştərisi bol olan bu məhsulun qiyməti ötən ilkindən 2-3 dəfə bahadır. Səbəblər və ilk baxışdan bal kimi şirin yemişi necə müəyyən etmək olar suallarına reportajdan cavab tapacaqsız.


 Təsərrüfatçı Məmməd Bağırov: “Biz buna setka yemiş deyirik. O biri saya yemiş demək olar yoxdu. Aha biri var. Bax setka yemiş daha şirin olur bu isə daha dadsız olur. Biz də çalışırıq şirinin tumundan tutaq.”


 Masallıda yemiş əsasən Xırmandalı,Ərəb və Hacıtəpə kəndlərində əkilir. Səbəb isə bu kəndlərin torpaqlarının yemiş əkini üçün əlverişli olmasıdır. Lakin bu il vəziyyət fərqlidir.  

Təsərrüfatçı Ramil Fərzəliyev:“Hava soyuq olduğuna görə məhsul azdır. Özü də partlıyır. Səhər gəlirik dərməyə görürük partdıyıb. 30 kilo dəririksə 15-i partdıyır.”

 

Fərzəliyeva Bahar: “Bu il havalar yağışlı oldu deyə saralmada gecikirik. Məhsul azdı deyə istəmirik qiyməti 60-70 qəpikdən aşağı düşsün.”


 Məhsuldarlıq az olduğu üçün ötən il 20-30 qəpiyə satılan yemişin qiyməti artsa da, daha təbii və dadlı olduğundan müştərisi çoxdur. Alıcılar arasında digər rayonlardan və paytaxtdan gələnlər üstünlük təşkil edir. Bazara çıxmaq imkanı olmayan fermerlər məhsulu elə sahələrdə satır.


 Təsərrüfatçı Mətanət Əhmədova:“60-50 qəpiyə istəyirlər.Maşınımız yoxdur deyə bazara aparaq ona görə elə burda satırıq.”


Alıcı Şahin Hüseynov: “Cəlilabaddan gəlmişik cəlilabad bazarında satmaq üçün alırıq. 60 qəpiyə alırıq orada 70-80 qəpiyə satırıq.”


Alıcı Radiq Soltiyev:“Paytaxt bazarlarına aparırıq. Bir partiyaya 1-1.5 ton yemiş aparırıq. Aldığımızın üstünə 10-15 qəpik qoyub satırıq.”


Masallıda bu il ümumilikdə 379 hektar sahədə  yemiş əkilib ki,onun da 300 hektarı təkcə Xırmandalı ərazi vahidliyinin payına düşür.