Masallıda tibb işçilərinin peşə bayramı qeyd edilib

17 2017 17:21

Masallıda 17 iyun tibb işçilərinin peşə bayramı günü qeyd edilib. Rayon Mərkəzi Xəstəxanasının tibb personalının və ziyalıların iştirak etdiyi tədbirdə bildirildi ki, Ulu öndər Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli sərəncamı ilə hər il 17 iyun ölkəmizdə tibb işcillərinin peşə bayramı kimi qeyd olunur. Bu gün Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin diqqət və qayğısı ilə paytaxt Bakıda, bölgələrdə müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunur. Diqqətə çatdırıldı ki, respublikamızın bir çox bölgələrində beynəlxalq standartlara cavab verən yeni müalicə-diaqnostika mərkəzləri inşa edilib. Bu mərkəzlərdə ən unikal cərrahi əməliyyatların aparılması üçün hər cür şərait yaradılıb, qabaqcıl tibbi avadanlıqlar quraşdırılıb. Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar göstərir ki, milli səhiyyə sistemimiz sürətlə müasirləşir, vətəndaşlarımız dövlətin yaratdığı tibb xidmətdən yüksək səviyyədə yararlanır. Bir sözlə səhiyyə sistemində aparılan islahatlar vətəndaşların sağlamlığının etibarlı təminatına xidmət edir. Tədbir yerli mədəniyyət və incəsənət ustalarının ifasında konsert proqramı ilə davam etdi.