Abituriyentlər avtomobil qəzasında həlak oldular

14 2017 17:44

      Сəlilabadda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Alar kəndində Alar-Günəşli avtomobil yolunda baş verib. Alar kənd sakini 18 yaşlı sürücü, Ələmdar Qoşqar oğlu Əzizov idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobil yol kənarındakı su çəninə çırpılaraq aşıb. Nəticədə sürücü də daxil olmaqla maşında olan sərnişin Şəmsi Qarayev dünyasını dəyişiblər. Ehtimal olunur ki, hadisənin baş verməsinə sürücünün sürət həddini aşması səbəb olub. Hazırda faktla bağlı araşdırma aparılır. Qəzada ölən şəxslər bu il orta məktəbi bitirən abuturiyentlərdir. Onlar hazırlıq kursundan qayıdırmışlar.