“ASAN” Xidmətin səyyar qrupu iyulun 31-nə kimi Lerikdə olacaq

15 2017 17:33

Cənub bölgəsində əhaliyə səyyar formada xidmət göstərən “ASAN” Xidmətin səyyar qrupu növbəti səfərini Lerik rayonuna edib. Burada qrupun əməkdaşları rayon sakinlərinə iyul ayının 31-nə kimi xidmət göstərəcəklər.


 ASAN” Xidmət 1100 metr hündürlükdə yerləşən ucqar dağ rayonu Lerikdə səyyar xidmət göstərir. 80 min əhalisi olan Leriklə yanaşı daha 9 rayonunun vətəndaşları xidmətlərdən yararlana bilər.


Qrup rəhbəri Azər Məmmədov deyir ki, onlar hər gün 200-dən çox vətəndaşın müraciətinə baxırlar. Bu günə kimi 500 nəfərdən çox rayon sakininin müraciəti üzrə sənəd qəbulu olub.


 İyulun 7-sindən Lerikdə olan səyyar qrupun xidmət sahələrinə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində ilkin və təkrar çıxarışların verilməsi daxildir. Sakinlər də öz növbəsində uzaq məsafə qət etmədən yaşadıqları ünvana gələn səyyar xidmətdən razılıq etdilər.


 Leriklə yanaşı ətraf rayonlardan Neftçala və Salyanda daxil olmaqla 8 rayonun sakinləri bundan sonra hələ 17 gün də səyyar “ASAN” Xidmətdən yararlana bilərlər.