Turistlər yay fəslində daha çox Cənub bölgəsinə müalicəvi bulaqlardan istifadə üçün gəlirlər

15 2017 17:37

Yay fəslində Cənub bölgəsində turistlərin maraq göstərdiyi bir çox məkanlar var. Bu məkanlara hər il gələn yerli turistlərlə yanaşı əcnəbi turistlərin də diqqətini çəkən bölgənin şəfalı sularıdır. Əsrarəngiz təbiətə malik bu bölgədə təkcə Masallı rayonu ərazisində onlarla faydalı minerallarla zəngin bulaqlar var. Əməkdaşlarımız bu şəfalı bulaqlarda istirahət edən bir neçə turistlə görüşüblər.

 

Dincəlmək məqsədi ilə Masallıya üz tutan turistlər bizimlə söhbət zamanı bildirdilər ki, bölgənin turizm imkanlarını yaxşı bildirkiləri üçün burada şəfalı suların faydasından bəhrələnməyə çalışırlar.


Turist Reyhan Axundov: “Böyrək, mədə  ağrıları  var idi. Mən ona görə  də Cənub zonasını seçdim.”


 Turist Asif Fətəliyev: “Mədə  suyu  var burada həzm prosesini sürətləndirir. 6 gündür ki, burdayam. Mən onu özümdə  hiss edirəm.”


 Mütəxəssislər bildirir ki, Masallının zəngin minerallarla dolu olan İstisu vannaları bir çox xəstəliklərin müalicəsində müsbət təsir göstərir. Bura əsasən dayaq-hərəkət sistemi xəstəliklərindən əziyyət çəkən turistlər üz tutur. Burada el arasında yel ağrıları deyilən revmatizm, oynaq ağrıları və digər xəstəliklərdən əziyyət çəkən insanlar müalicə olunurlar. 


 Müalicə həkimi Rauf Qurbanov: “Suyu 10 vanna qəbul edəndən sonra suyun orqanizmə diffusiya eləməsi nəticəsində 3 ay ərzində imunnostimulyasiya prosesi  gedir. Və pasiyentlər bura təkrar müalicəyə gələndə biz onlardan soruşuruq ki, payız-qış aylarnda virusoloji xəstəliklər var ki, qripdir qripəbənzər xəstəliklərdir. Onlar söylüyürlər ki, biz belə xəstəliklər keçirtməmişik.”


 

Turizm sektorunda çalışanlar bildirir ki, bu il mövsüm gec başlasa da göstərilən xidmət və qiymətlərin ucuzluğu turist axınını hər gün artırır. İstirahət mərkəzlərində bölgə mətbəxinin zəngin yeməkləri ilə yanaşı, dünya mətbəxtinin də nümunələri turistlərə təklif edilir. 


 Sahibkar Davud Sultanlı: “4 nəfərlik ailəvi katejlər 30 mantdır, 2 nəfərlik VİP katejlər 20 manatdır. Açıq havada baseynimiz var, masajımız var, isti su vannalarımız var, saunalarımız var.  Qonaqların yüksək səviyyədə istirahəti üçün hər cür şəraitimiz var.”


 Masallı rayonunda 31 turizm obyekti fəaliyyət göstərir ki, onlardan da 3-ü müalicəvi əhəmiyyətlidir.