Üzümün qiymətinin aşağı olması cəlilabadlı fermerləri narahat edir

11 2017 17:38

Cəlilabad rayonunda üzüm yığımına başlanıb. Fermerlər ilkin olaraq tez yetişən üzüm sortlarını toplayırlar.

 

Fermer Əhmədağa Məmmədov: “Hər hektardan 100-120 sentner məhsul əldə etmişik. Qalan bağlarımızda da yığım davam edir. Elə görünür ki, süfrə üzümü sortunun orta 100-120 sentner təşkil edəcəkdir.”

 

Təsərrüfat sahibi deyir ki, bu il mövsüm əlverişli keçsə də hazırda kəskin istilərin olması xəstəliklərin yaranmasına səbəb ola bilər. Bu da qiyməti aşağı olan üzümün maya dəyərini daha da artırmış olacaq. Hazırda məhsulun təkcə paytaxt bazarlarında satıldığını deyən fermer bu ilki qiymətlərin ucuz olmasından gileylənir.

 

Fermer Əhmədağa Məmmədov: “Keçən il indiki vaxta üzümün bir kiloqramı 70-80 qəpiyə satırdıqsa dediyim sortların hazırda isə həmin üzüm sortun 40 qəpiyə satırıq. Bu da fermerlər üçün demək olar ki, qiymətin ucuz olmağı heç də qane etmir. Maya dəyərinin, qoyulan xərcin çıxacağı sual altındadır.”

 

Fermer qiymətlərin aşağı olmasını bazarda üzümə olan təlabatın olmaması ilə əlaqələndirir.

 

Fermer Əhmədağa Məmmədov: “İlk 2-3 gün məhsul yığılandan sonra üzüm məhsulunun qiymətinin birdən birə aşağı getməsi belə görünür ki, bu məhsula hazır ki, ildə təlabat yoxdur.”

 

Cəlilabadda 9 üzüm sortu var. Onlardan ən tez yetişən sort “prima” və “ora” sortudur. “Ora” sortu ağ, “prima” sortu isə qara üzümdür. Hazırda bağlarda hər iki sortun yığımı aparılır. Cəlilabadda  "Kardinal", "Retkulub", "Sentinial" və başqa sortlar da əkilir.