Neftçalada 8 yaşlı uşaq dərman içərək zəhərlənib

11 2017 18:50

Neftçalada 8 yaşlı uşaq dərman içərək zəhərlənib.Hadisə Neftçala rayonunun Qaçaqkənd kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 8 yaşlı Vəzifə Vüsal qızı Rəcəbli evdə nəzarət qaldığından stolun üstünə qoyulmuş dərman həblərindən bir neçəsini udub və qəfil vəziyyəti pisləşib. Azyaşlı qızın vəziyyətinin ağır olduğunu görən doğmaları onu Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. Xəstəyə ilki tibbi yardım göstərildikdən sonra o, reanimasiya şöbəsinə yerləşdirilib. Reanimasiya şöbəsində yerləşdirilən Vəzifə Rəcəbli koma vəziyyətindədir. Bakıdan həkim gəlişi gözlənilir.